Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin sərəncamı 73 minə qədər uşağa şamil olunacaq

Prezidentin sərəncamı 73 minə qədər uşağa şamil olunacaq

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız məlumatda deyilir.

Xəbərdə bildirilir ki, Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 15:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə