Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva Hindistan nümayəndə heyətinə Qarabağdan söz açıb

Qənirə Paşayeva Hindistan nümayəndə heyətinə Qarabağdan söz açıb

Siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı 2-ci Beynəlxalq konfransda iştirak edib. İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor İradə Hüseynova,  dosent Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova , Fitoterapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova, Nigar Qələndərova konfransda Azərbaycanı təmsil ediblər.

Hindistan nümayəndə heyətinin üzvləri ilə görüş zamanı Milli Məclisin deputatı Q.Paşayeva və ölkəmizin təmsilçiləri Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla qadınların cəmiyyətdə rolu barədə məlumatlar veriblər.

Hindistan nümayəndə heyətinin üzvləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.  Qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və ölkəmizə dəvət ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 15:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə