Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək

7-17 mart tarixlərində Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) ölkənin Bakıdakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci buraxılışını təşkil edəcək.

Xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim etmişdir.

"Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr, eletronika, sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, mebel, tekstil, geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 şirkət iştirak edəcəkdir. Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə, tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı vasitəsilə “Hindistanın ən yaxşıları ” sərgisinə öz töhfəsini verməklə zəngin ölkənin mədəni irsini əks etdirməyə çalışacaqdır. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçmişdir və ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatmışdır.

Phd Ticarət və Sənaye Palatası Hindistanın aparıcı Sənaye Palatalarından biridir və ölkənin inkişafında fəal iştirak edib. 130 minə yaxın üzvə malik olan PHD Palata Hindistanda yerləşən səfirliklər və Ali Komissiyalar ilə əməkdaşlıq edir. Sənayenin inkişafı, səhiyyə, təhsil və potensialın artırılması, mənzil tikintisi, infrastruktur, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar Palatanın fəaliyyətində mühüm yer tutur.

 

“Xalq qəzeti”

 

4 2019 14:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə