Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçumuz Aytac Qardaşxanlı qızıl medal qazanıb

Cüdoçumuz Aytac Qardaşxanlı qızıl medal qazanıb

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilmiş  cüdo üzrə Avropa kuboku başa çatıb

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medala layiq görülüb. Yeniyetmə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub.

Oğlanların mübarizəsində ölkəmizi təmsil edən Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.

Beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

4 2019 13:25 - İDMAN
İDMAN
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin