Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Belə görüşlər olduqca təqdirəlayiq haldır"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Bu barədə SİA-ya Xalq artisti, "Şöhrət" ordenli sənətkar Mənsum İbrahimov açıqlamasında bildirib.

Xalq artisti bildirib ki, ölkə başçımızın mədəniyyət işçiləri ilə görüşü olduqca təqdirəlayiq haldır: "Biz mədəniyyət, incəsənət adamları Prezidentimizin diqqət və qayğısını daim hiss etmişik.Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi zamanlarda da bu diqqəti görürdük. Ümummilli lider musiqini, poeziyanı, mədəniyyəti yüksək qiymətləndirirdi. Bu gün həmin diqqəti, qayğını yenə də görürük.

 Azərbaycan Prezidenti İlham Əliyevin və  Birunci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazıldı. Mehriban xanım qədim muğam sənətimizə sözün əsl mənasında sahib çıxdı. Birinci xanım muğamı ən yükszək səviyyədə təbliğ etdirdi. Muğam sənəti, muğam musiqisi Azərbaycan xalqının qədim tarixidir. Bu sənəti qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim mənəvi boscumuzdur".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 12:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə