Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah

20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah

Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. 1991-ci ildə Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakultəsinə qəbul olunub. Orada tam təqaüdlə oxuyub və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakultəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub.

2017-ci ildən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakultəsində ilk azərbaycanlı kimi rezidentura keçir. O, bu fakultədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Desəm inanmayacaqsız, indiyədək 500-dən çox cərrahi əməliyyat aparıb. Əsasən də sahəsi ağ ciyər və mədə xərçəngidir. Söylədiyinə görə, ilk əməliyyatı hələ 20 yaşı olanda kor bağırsaq üzərində edib. Yeri gəlmişkən, ABŞ qanunlarına görə rezident həkimin nəzarəti altında cərrahi əməliyyat apara bilər.

Qısa müddətdə bir neçə mükafata layiq də görülüb- "Cərrahiyə üzrə R.Skott Cons mükafatı" və "Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat"...

...Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə "Azərbaycan – Amerika Tibb Asossasiyası"nı təsis ediblər. Təşkilat bir sıra layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı olub...

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 11:58 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə