Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinin I hissəsini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689, №7 (I kitab), maddə 1503, № 11, maddə 2278) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 9.9-9-cu bənd əlavə edilsin:
“9.9-9. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ­ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək;”. 
2. 10.75-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.75. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir;”.
3. Aşağıdakı məzmunda 10.75-1-ci – 10.75-3-cü bəndlər əlavə edilsin:
“10.75-1. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, ­attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;
 10.75-2. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;
10.75-3. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2019-cu il

2 2019 22:55 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə