Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fikrət Sadıqov: Azərbaycan danışıqlara üçüncü tərəfin cəlb olunmasına imkan vermədi

Fikrət Sadıqov: Azərbaycan danışıqlara üçüncü tərəfin cəlb olunmasına imkan vermədi

Azərbaycan və Ermənistan rəhbərlərinin gələcək görüşü ilə bağlı müsbət məqam ondan ibarətdir ki, biz danışıqlar prosesinə üçüncü tərəfin, yəni separatçı rejimin nümayəndələrinin cəlb olunması ilə bağlı Paşinyan stereotipini sındıra bildik.

Bunu Trend-ə azərbaycanlı politoloq, sabiq doplomat Fikrət Sadıqov deyib.

F.Sadıqovun sözlərinə görə, N.Paşinyanın “Biz danışıqlara Qarabağ problemini həll etmək üçün getmirik, hələ danışıqlar prosesinə hazırlaşırıq” kimi sərsəm açıqlamalar verməsinə baxmayaraq, bütün bunlar reallıqdan uzaq sözlərdir: “Paşinyan başa düşür ki, əsas iştirakçılar Ermənistan və Azərbaycandır, çünki onlar münaqişə tərəfləridir və bu problemlə bağlı məsələlərin nizamlanması onlardan asılıdır. Aydındır ki, bütün bu müddət ərzində Dağlıq Qarabağa doğru addımlar atıb və deyib ki, onların adından çıxış etməyəcək. İşə çatdıqda isə, fikrimcə, Paşinyan başa düşür ki, Ermənistanın rifahı, onun təcriddən çıxması və gələcək mövcudluğu güzəştlərdən və münaqişənin tam həllindən, Azərbaycan torpaqlarının azad edilməsindən asılıdır, amma belə görünür ki, o özünü tam əmin hiss etmir”.

Politoloq bildirib ki, N.Paşinyan Ermənistanın düşdüyü vəziyyətin ziyanını anlayır: “Fikrimcə, indiki Ermənistan rəhbərliyi nə cür əngəllər törətməyə çalışsa da, yekunda başa düşməlidir ki, onların gələcəyi münaqişənin tam həllindən, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından asılıdır. Düşünürəm ki, söhbət mərhələli nizamlamanı, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, daha sonra Dağlıq Qarabağla bağlı danışıqları nəzərdə tutan Madrid prinsiplərindən gedərkən bu, danışıqlar prosesinin indiki mərhələsində əsas şərtdir”.

 

"Xalq qəzeti"

2 2019 16:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə