Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara və Vaşinqton "Patriot" sistemlərinin Türkiyə tərəfindən alınması barədə danışıqlara başlayıblar

Ankara və Vaşinqton

Ankara və Vaşinqton ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfindən alınması barədə danışıqlara başlayıblar.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib: "Amerikalılar bizim təxminən 2 il öncə "Patriot" məsələsi ilə bağlı göndərdiyimiz son məktuba müsbət reaksiya veriblər və danışıqlar başlayıb".

Nazir bildirib ki, Rusiya ilə razılaşmaya görə C-400 kompleksləri 2019-ci ilin payızında Türkiyəyə çatdırılacaq: “Bizə hava hücumundan müdafiə sistemləri lazımdır. Ətrafımızda ciddi risk və təhdidlər vardır. Biz ölkənin hava məkanını qorumalıyıq”.

Cavuşoğlu əlavə edib ki, müttəfiqimiz ABŞ bizim ehtiyacımızı ödəmədikdə biz Rusiyadan C-400-lər almaq qərarına gəldik. Bu, diplomatik narazılığa səbəb  olsa da, qərarımız qətidir. 

 

“Xalq qəzeti”

2 2019 15:55 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin