Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada uşaq bağçalarının fəaliyyəti hər gün nəzarət altındadır

Ağstafada uşaq bağçalarının fəaliyyəti hər gün nəzarət altındadır

-Uşaq bağçalarında qayda-qanun, nizam-intizam, oradakı vəziyyət bizim gündəlik nəzarətimiz altındadır. Maddi-texniki bazadan tutmuş ərzaq təminatına kimi hər  bir işə nəinki təkcə nəzarət, həm də diqqət, qayğı var…

Bu sözləri körpələr evi-uşaq bağçalarının vəziyyəti ilə bağlı rayon icra hakimiyyətində keçirilən operativ müşavirədə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev dedi. O, daha sonra qeyd etdi ki, Ağstafa rayonunda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə alması üçün bütün növ imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir. Son illər ölkəmizdə uşaq bağçalarının tikintisinə, təmirinə, müasir standartlara uyğun yenidən qurulmasına böyük önəm verilir. Bu məqsədlə Ağstafa rayonunda da körpələrin hərtərəfli tərbiyə alması üçün bütün imkanlardan istifadə olunur. Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.Ölkə Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, vitse Prezident Mehriban Əliyeva bu məsələni daim diqqətdə saxlayır, konkret köməklik göstərirlər.

Müşavirədə qeyd olundu ki, uşaq bağçalarının ərzaqla təminatına nəzarətin gücləndirilməsi olduqca vacib bir işdir. Buradakı vəziyyəti daha dərindən öyrənmək üçün ayrıca komissiya yaradılıb. Rayon rəhbəri dedi ki, bu gün uşaqlar dövlətimiz tərəfindən ən keyfiyyətli ərzaqla təmin olunur və bu məsələlərə çox ciddi nəzarət edilməsi təbiidir. Məhərrəm Quliyev əlavə etdi ki, körpələr evi-uşaq bağçalarının ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılacaq və bununla bağlı daxil olan hər bir müraciət ciddi şəkildə araşdırılacaq və ictimai nəzarət gücləndiriləcək.    Körpələr evi-uşaq bağçalarında işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq, onların tutduğu vəzifəyə uyğun olub olmamasını aşkara çıxarmaq məqsədi ilə rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə Attestasiya komissiyası yaradılmışdır. Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə keçiriməsi qərara alınmışdır.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

2 2019 14:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə