Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan nağılları” Ermənistanı çalxaladı

“Azərbaycan nağılları” Ermənistanı çalxaladı

Ermənistanın Təhsil Nazirliyi ölkədə yayılan "Azərbaycan nağılları" kitabı ilə bağlı açıqlama verib. Bu barədə oxu.az saytı məlumat yayıb.

Məlumat  üçün bildirək ki, "Azərbaycan nağılları" toplusunun  Ermənistanda dərc edilməsi barədə xəbəri "168.am"  yayıb.

KİV nümayəndələrinin çoxsaylı müraciətinə cavab olaraq Ermənistan Təhsil Nazirliyi bildirib ki, kitablar "Save the  children" beynəlxalq təşkilatının proqramı çərçivəsində dərc edilib və uşaqlarda tolerantlıq tərbiyəsinin inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, sözügedən kitab hələ 2008-ci ildə Təhsil Nazirliyinin ayırdığı qrantla dərc edilib. Kitaba Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının nağıl və hekayələri daxil edilib. Həmin toplu 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyəsi ilə, 2019-cu ildə isə Ermənistan Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə yenidən dərc edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 13:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə