Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Endometriozisin müalicəsində müasir yanaşma

Endometriozisin müalicəsində müasir yanaşma

Azərbaycan Tibb Universitetində “Endometriozisin müalicəsində müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib. Toplantıda açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev mövzunun kifayət qədər aktual olduğunu, endometriozisin diaqnostikası və müalicəsində yeni standartların tətbiqinin əhəmiyyətli olduğunu bildirib.

Konfransda endometriozisin müalicəsi ilə bağlı müxtəlif metodlar açıqlanıb, fərqli kazuslar nəzərdən keçirilib.

Tanınmış mütəxəssis, Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sədrliyi ilə keçən müxtəlif sessiyalarda endometriozisə histopatoloq, genetika üzrə mütəxəssislərin baxışları ortaya qoyulub. Həmçinin, endometriozisin etiologiyası və patogenezi, ekstragenital endometriozis, bu xəstəliyin sonsuzluq, implantasiyaya və yumurtalıq rezervinə təsiri, USM ilə diaqnostikası barədə məruzələr səsləndirilib.

T.Canbaxışov endometriomaların müalicə taktikaları və yumurtalıq rezervin qorunması barəsində çıxış edib. Bundan əlavə, adenomiyozisin klinik simptomları, müalicə üsulları və sonsuzluqla əlaqəsi də müzakirə olunub. Endometriozisin həyat komfortuna təsiri (cinsi əlaqə, dismenoreya, effektiv ağrıkəsicilərdən istifadə və s) kimi önəmli mövzularda yeni yanaşmalar ortaya qoyulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 13:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin