Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:108) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 108
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 9 mart tarixli 596 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 9 mart tarixli 596 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası ­Prezidentinin 2005-ci il 1 mart tarixli 
203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, 
№ 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, 
№ 7, maddə 1355, № 12 (I kitab), maddə 2312) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.10-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.10-1. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq edir;”;
1.2. 8.16-cı bənddə “və internat məktəbləri” sözləri “, ümumtəhsil internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.3. 8.17-1-ci bənddə “qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir” sözləri “maarifləndirmə tədbirləri həyata keçirir” sözləri ilə əvəz edilsin;
1.4. 8.17-2-ci bənddə “ümumi təhsil müəssisəsində” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.5. 8.36-cı bəndə “attestasiyasını” sözündən sonra “(dövlət ümumtəhsil müəssisələrində – sertifikatlaşdırılmasını)” sözləri əlavə edilsin.
2. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası ­Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 mart tarixli 596 nömrəli Fərmanının (Azərbaycan Respublikasının ­Qanunvericilik Toplusu, 2012, № 3, maddə 197) 2.3-cü bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2019-cu il

2 2019 04:13 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə