Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:82) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 108
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə və 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 522 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”nin 4.4-cü və 4.5-ci bəndlərində “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, 
№ 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.6-cı bənddə “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;
2.2. 9.3-cü bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik 
Toplusu, 2015, № 4, maddə 381; 
2016, № 11, maddə 1803; 2017, 
№ 5, maddələr 790, 802, № 7, maddə 1367) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, 
№ 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.3-cü bənddə “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;
4.2. 8.3-cü bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2019-cu il

2 2019 04:09 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə