Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı 2019-cu ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2019-cu ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması.
Tender proseduru 23 aprel 2019-cu il saat 16.00-da Avtomobil Təsərrüfatının inzibati binasında (Bakı, Sabunçu rayonu, Maştağa şosesində) keçiriləcəkdir.
Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatına satınalınması nəzərdə tutulan sürtkü materiallarının siyahısı şərtlər toplusunda göstərilmişdir.
İddiaçılar tenderdə iştirak etmək üçün 1300 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
Dövlət Xəzinədarlэq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ 01360100000000003944
SWİFT BİK CTREAZ22
DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı 
H/h- AZ 68 CTRE 00000000000002077704
VÖEN- 1500281771
BTK 142319 
Fond -7
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin bir faizi həcmində bank təminatı;
-təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi orqanlarından müvafiq arayış;
- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- keyfiyyət sertifikatı.
Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur.
Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, 12 aprel 2019-cu il saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, 22 aprel 2019-cu il saat 17.00-dək satınalana çatdırılmalıdır.
Təkliflər qiymətləndirilib müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar dekabr ayınadək DİN-in Avtomobil Təsərrüfatına göndərilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Əlaqələndirici şəxs - Sahib İskəndərov.
Telefon: 551-12-72.
Faks: 565-25-44.

 

Tender komissiyası

2 2019 03:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə