Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ri Yonq Ho: Koreya tərəfi sanksiyaların qismən qaldırılmasını təklif edib

Ri Yonq Ho: Koreya tərəfi sanksiyaların qismən qaldırılmasını təklif edib

Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR-in)  xarici işlər naziri Ri Yonq Ho ikinci ABŞ-Şimali Koreya zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı keçirib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Koreyalı diplomat bildirib ki, Kim Çen Inla Donald Tramp arasında keçirilən görüşdə Koreya tərəfi sanksiyaların qismən qaldırılmasını təklif edib. Bunun müqabilində Pxenyan nüvə poliqonunu sökməyə razılıq verib. Lakin məsələ ilə bağlı razılıq əldə edilməyib. Qeyd edək ki, Vyetnamın paytaxtı Hanoyda kerçirilmiş 2  günlük KXDR-ABŞ sammiti nəticəsiz başa çatıb. Halbuki bir çox ekspert bu görüş nəticəsində Koreya yarımadasındakı müharibənin rəsmən başa çatacağını güman edirdi.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

1 2019 18:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə