Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YUĞ Dövlət Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək

YUĞ Dövlət Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək

Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ustad rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olun “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında dörd tamaşa ilə iştirak edəcək. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Festivalın açılışı YUĞ Teatrında baş tutacaq. Belə ki, YUĞ Dövlət Teatrının səhnəsində (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında) festivalın ilk günü nümayiş olunan  A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehtiyev və Mətanət Abbaslı çıxış edirlər. Festival iştrirakçıları ilk gün həmçinin  YUĞ Teatrının daha bir tamaşasını-- “Metamorfoza” tamaşasını izləyə bilərlər. Tamaşanın  quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov çıxış edirlər.

Festivalın ikinci günü mart ayının 2-də V.Klimin “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı “Medeya. Sekvensiya - 01” –tamaşası nümayiş olunacaq. Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Yuğ Teatrının festivala təqdim etdiyi sonuncu tamaşa martın 2-də  oynanılacaq “Quş dili” tamaşasıdır. Təranə Vahidin əsəri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanmış tamaşada Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə çıxış edirlər.  Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

1 2019 17:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə