Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fateh Terim “Qalatasaray”la müqaviləsini uzadıb

Fateh Terim “Qalatasaray”la müqaviləsini uzadıb

“Eurosport”un məlumatına görə, İstanbulun “Qalatasaray” futbol klubu baş məşqçi Fateh Terimlə müqavilənin müddətini uzadıb.

Bildirilir ki, 65 yaşlı türkiyəli mütəxəssis İstanbul təmsilçisi ilə 2024-cü ilədək yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, onun illik gəliri 3 milyon avro olacaq.

Xatırladaq ki, F.Terim 2017-ci ilin dekabrından “Qalatasaray”ı çalışdırır. O, 1996-2000-ci, 2002-2004-cü və 2011-2013-cü illərdə “Qalatasaray”a baş məşqçilik edib. Türkiyəli mütəxəssis 2000-ci ildə “Qalatasaray”ın baş məşqçisi olaraq UEFA Avroliqa kubokunu qazanıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

1 2019 17:15 - İDMAN
İDMAN
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin