Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MakQreqorla Serronenin döyüşü iyulun 6-da baş tuta bilər

MakQreqorla Serronenin döyüşü iyulun 6-da baş tuta bilər

TASS informasiya agenntliyinin məlumatına görə, qarışıq stil (MMA) üzrə döyüşçü, irlandiyalı Konor MakQreqorla döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş iyulun 6-da baş tuta bilər.

Mənbə yazır ki, Serrone öz “ınstragam” səhifəsində yerləşdirdiyi fotoşəkildə iki alkoqollu içki şüşəsinin yanında dayanıb. Gələcək rəqiblər həmin içkiləri reklam edirlər. Şəkilaltı mətndə bu içkilərin markaları və 6 iyul tarixi göstərilib.

Məlumat üçün bildirək ki, Serrone UFC çempionatında 30 döyüş keçirib. 35 yaşlı idmançı həmin döyüşlərin 22-də qalib gəlib, 8-də məğlub olub. Hazırda o, qələbələrin sayına görə rekordçudur.

30 yaşlı MakQreqor isə qarışıq təknövçülükdə 25 döyüş keçirib, bu görüşlərdən 21-ni qələbə ilə (o cümlədən 18 döyüşü vaxtından əvvəl), üçünü məğlubiyyətlə başa vurub. İrlandiyalı döyüşçü UFC tarixində eyni vaxtda həm yarımyüngül, həm də yüngül çəki dərəcələrində iki titul qazanmış ilk idmançı olub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

1 2019 16:33 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə