Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyalı senatorun Xocalı bəyanatı

İtaliyalı senatorun Xocalı bəyanatı

İtaliya parlamentində İtaliya-- Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” Partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

İtaliya KİV-in yaydığı xəbərə görə, senator qeyd edib ki, müasir tarixin az tanınan və ya demək olar, heç tanınmayan faciələrindən birini bu auditoriyaya və ölkəyə xatırlatmaq üçün İtaliya--Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni sədri kimi çıxış etməkdən məmnunluq duyur: “Məhz bu gün, 26 fevral 1992-ci il tarixi Xocalı qətliamının 27-ci ildönümüdür və bu gündə Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilmişdir. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı, müxtəlif qiymətləndirmələrə görə, 613 mülki şəxs öldürülmüş, bir çoxları əsir götürülmüşdür. “Human Rights Watch” təşkilatı Xocalı qətliamını “Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir etmişdir”.

Senator daha sonra xatırlatmışdır ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar: “Təəssüf ki biz Balkan yarımadasında olduğu kimi, gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər”.

Stefano Luçidi çıxışını bu sözlərlə tamamlayıb:

- Arzu edirəm ki, soyuq müharibəninin fəsadlarını, nəhayət ki, aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcəkdir.

 

Hazırladı:
R.TAHİR,
"Xalq qəzeti”

1 2019 12:37 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə