Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il ABŞ-ın 4-cü konqresmeni Xocalıya ədalət tələb edib

Bu il ABŞ-ın 4-cü konqresmeni Xocalıya ədalət tələb edib

ABŞ-ın nüfuzlu konqresmeni, Ohayo ştatını təmsil edən demokrat Tim Ryan da Xocalı soyqırımı ilə bağlı bəyanat verib. ABŞ mediasının yaydığı məlumatda deyilir ki, açıqlamada  Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunur, 1992-ci ilin fevralında günahsız insanların misli görünməmiş dəhşətli qırğınının 27 il sonra belə insanı sarsıtdığı bildirilir.

Sənəddə daha sonra qeyd edilir ki, Cənubi Qafqazda ermənilərin törətdiyi ən qəddar amansızlıqlarından biri olan bu hadisə ilə bağlı ədalət hələ də təmin olunmayıb, 150 mülki şəxsin aqibəti isə hələ də məlum deyil. T.Rayn vurğulayıb ki, beynəlxalq aləmdə insan hüquqları və demokratiya tələb edilərkən Xocalıda baş verənlər xatırlanmalı və hadisənin törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Xatırladaq ki, Xocalı soyqırımı ilə bağlı bu yaxınlarda ABŞ konqresmenlərindən Əlsi Heystinqz, Virciniya Foks və Stiv Koen də bəyanatlarla çıxış etmişdilər.

 

R.TAHİR,
“Xalq qəzeti”

1 2019 12:32 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə