Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda hesabat iclası keçirildi

Abşeronda hesabat iclası keçirildi

Bu günlərdə Abşeron rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar əvvəlcə ümummilli liderin büstü önünə çiçəklər düzərək xatirəsini anıblar. Sonra 2018-ci ildə rayonda görülmüş abadlıq-quruculuq işləri, keçirilmiş tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib. 

İclasda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova geniş məruzə ilə çıxış edib. Bildirib ki, 2018-ci il Abşeron rayonu üçün uğurlu illərdən biri olub. Ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib. Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Bundan əlavə Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi, Mehdiabad qəsəbəsində 1 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi təmir edilib. Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3 , 5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilib, binaların həyətində 300 mm diametrli 360 metr uzunluğunda kanalizasiya xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılıb. Bundan əlavə həmin əraziyə 3000 kv.m asfalt örtük verilərək nümunəvi məhəllə yaradılıb. 

Vurğulanıb ki, ötən il Xırdalan şəhərinin küçə və məhəllələrində 5100 paqonometr səki daşı düzülüb, 2100 kvadratmetr tomet döşənib, 44600 kvadratmetr sahəyə asfalt örtük verilib. Bundan əlavə 10 ədəd söhbətgah, 34 ədəd karusel və idman qurğusu quraşdırılıb, 3 bulaq inşa olunub. Eyni zamanda Aşağı Güzdək qəsəbəsində 6500 m2-lik ərazidə park salınıb, qəsəbə ərazisində 100 ədəd oturacaq quraşdırılıb. Bundan əlavə, rayonun daxili imkanları hesabına yaşayış məntəqələrində küçə və yollarda 65 min kvadratmetr asfaltlama işləri həyata keçirilib, 22 min kubmetr çınqıl və ya karbonat tökülüb yayılıb. Rayon ərazisində park, yol kənarı və digər ərazilərdə 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib ki, həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb. Eyni zamanda, Qobu qəsəbəsi ərazisində 0.7 hektar torpaq sahəsində xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. 

2018-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub. Ötən il rayonda sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8075 nəfər olub, çalışan işçilərin orta aylıq əmək haqqı 348 manat təşkil edib.

Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub.

Ötən il kənd təsərrüfatı məhsulları istehsalının həcmi 34 faiz artaraq 74 milyon manata çatıb. İl ərzində 648 hektar tərəvəz sahəsindən 76213 ton məhsul yığılıb. Hazırda Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb. 

Qeyd edilib ki, hesabat dövründə büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115.1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97.1 faiz icra olunub. 

Ötən ilin dekabr ayında Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatdırılıb, qəsəbənin Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. 2019-cu ildə də məcburi köçkünlərin evlə təmin edilməsi davam etdiriləcək və Ölkə üzrə ümumilikdə 7000-8000 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın qayğısı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatıb. Ümumilikdə Masazır kəndində bu məqsədlə 365 mənzildən ibarət 3 çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilib. 

2018-ci il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Ötən il rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik məktəb binası istifadəyə verilib, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində 2 və 22 saylı körpələr evi-uşaq bağçası təmir olunub, Masazır kəndindəki Yeni Bakı yaşayış kompleksində 6 qruplu 120 yerlik, Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülməkdədir. 

Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və digərləri ölkədə və rayonda görülən işlərdən söz açıblar. 

Sonda iştirаkçılаr аdındаn Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə mürаciət  qəbul olunub. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 2019 12:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə