Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda nə qədər Türkiyə vətəndaşı yaşayır?

Azərbaycanda nə qədər Türkiyə vətəndaşı yaşayır?

Ölkəmizdə yaşayan  Türkiyə  vətəndaşlarının sayı 55 min nəfərdir. Bu barədə  Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycandan başqa, Rusiya və Qazaxıstanda hər birində 40 min, İranda 5 min, Özbəkistanda isə 2 min Türkiyə vətəndaşı yaşayır.

Ümumilikdə xaricdə 5 milyon Türkiyə vətəndaşının yaşadığı bildirilir. Onların da ən çoxu - 2 milyonu Almaniyadadır.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2018-ci ildə Türkiyə əhalisi 2017-ci illə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 12:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə