Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qu gölü” baletinin tamaşası 8 mart Beynəlxalq qadınlar gününə həsr ediləcəkdir

“Qu gölü” baletinin tamaşası 8 mart Beynəlxalq qadınlar gününə həsr ediləcəkdir

Martın 6-da  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir. Baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan bu tamaşa 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunacaqdır.

Əsas rollarda balet truppasının  aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova, Kamran Qurbanov da iştirak edəcəklər.

Tanaşanın dirijoru  Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə