Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ŞKTC parlament sədrinin müavini Xocalı Soyqırımından danışıb

ŞKTC parlament sədrinin müavini Xocalı Soyqırımından danışıb

Milli Məclisin deputatı Qənirə Paşayevanın dəvətilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İstanbulda keçirilən izdihamlı yürüşdə iştirak edən ŞKTC Məclis başqanının müavini Zorlu Töre bütün məsələlərdə Azərbaycanın yanında olduqlarını bildirib. Azərbaycanla ŞKTC arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən deputat qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının və turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.

Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb. Şimali Kipr Türk Cümhuriyyətinin  parlament sədrinin müavini Zorlu Töre  Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC parlament sədrinin müavini  Zorlu Töre ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduqlarını deyən ŞKTC parlament sədrinin müavini Zorlu Töre beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin səbəbini anlamadığını bildirib.

Görüşdə  qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında  geniş fikir mübadiləsi də aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 11:43 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə