Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin televiziya kanallarında Xocalı həqiqətləri anılıb

Türkiyənin televiziya kanallarında Xocalı həqiqətləri anılıb

Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin  CNN Türk, NTV, Kanal 24, TVNET və  bir sıra digər kanalların canlı yayımında qonağı olub və onlara  Xocalı Soyqırımı ilə bağlı geniş müsahibə verib. Türkiyənin  KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı  mübarizədə  daha fəal olmalıdırlar deyən Q.Paşayeva Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur.  Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən deputat Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb və jurnalistlərin suallarını geniş cavablandırıb.

Q.Paşayeva eyni zamanda Türkiyənin bir sıra televiziya kanallarının rəhbər şəxsləri ilə də görüşüb, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması istiqamətində müzakirələr aparıb və bu mövzulara daha geniş yer verilməsinin vacibliyini bildirib. O, eyni zamanda, Türkiyənin bir sıra universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Türkiyənin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşüb, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində geniş müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 11:27 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə