Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Elektroştamp” ASC səhmdarlarının nəzərinə!

10 aprel 2019-cu il saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 nömrəli ünvanda yerləşən“Bakı Elektroştamp” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. İdarə heyətinin sədrinin tutduğu vəzifədən azad edilməsi. 
2. İdarə heyətinin üzvlərinin tutduğu vəzifədən azad edilməsi. 
3. Müşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin tutduğu vəzifədən azad edilməsi.
4. Təftiş komissiyasının (müfəttişin) üzvlərinin tutduğu vəzifədən azad edilməsi. 
5. Cəmiyyətin yeni Müşahidə (direktorlar) şurasının sədrinin və üzvlərinin seçilməsi.
6. Cəmiyyətin yeni İdarə heyətinin sədrinin seçilməsi. 
7. Cəmiyyətin İdarə heyətinin üzvlərinin seçilməsi. 
8. Cəmiyyətin yeni təftiş komissiyasının (müfəttişin) seçilməsi; 
9. Audit yoxlamasının keçirilməsi. 
10. Müşahidə Şurası, İdarə Heyəti və Maliyyə-Təftiş Komissiyası haqqında Əsasnamələrin təsdiq edilməsi. 
11. Cəmiyyətin İcra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi və bununla əlaqədar Müşahidə Şurasına müvafiq səlahiyyətlər verilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44 nömrəli ünvanda, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək xahiş olunur.
Hörmətlə, Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru 
E.Qəmbərov

1 2019 03:14 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə