Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS müxtəlif yüklərin daşınması xidmətinin satınalınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər:
-nizamnamənin surəti (notariat qaydasında təsdiq olunmuş); 
-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notariat qaydasında təsdiq olunmuş); 
-kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imzalanmış şəkildə) 
- kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notariat qaydasında təsdiq olunmuş) və iddiaçının tender təklifi
 12 mart 2019-cu il saat 15.00-dək Bakı, M. Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyevə , telefon 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir. 
 Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 13 mart 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

1 2019 03:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə