Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran kosmosa 3 peyk göndərəcək

İran kosmosa 3 peyk göndərəcək

İranın daha 3 peyki təkmilləşdirilməkdədir və 2019-cu ildə kosmosa göndəriləcək.

Bunu İranın Kosmik Agentliyinin direktoru və rabitə və informasiya texnologiyaları nazirinin müavini Morteza Bərari jurnalistlərə verdiyi açıqlamada bildirib.

M.Bərari “Zəfər” (Sensing Satellite) və “Pars 1” məsafədən zondlama peykləri və “Nahid 1” “Nahid 2” rabitə peyklərinin orbitdə yer alacağını qeyd edib.

Xatırladaq ki, İran 15 yanvar 2019-cu ildə Pəyam peykini, fevral 6-da başqa bir peyki kosmosa buraxsa da, onlar orbitdə yer almayıb. ABŞ və Fransa peyklərin orbitə qaldırılması üçün İranın daşıyıcı raketlər buraxmasının beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildiriblər. Buna cavab olaraq İranın rabitə və yüksək texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi qeyd edib ki, İranın kosmik proqramı dinc məqsədlərə yönəlib.

 

“Xalq qəzeti”

28 2019 16:30 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin