Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Gürcüstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq

Deputat: Gürcüstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq

Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana ilk səfəri, Azərbaycan Prezidenti ilə həm təkbətək görüşü, həm də geniş tərkibdə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış münasibətlər mövcuddur: “Gürcüstan Azərbaycanın yaxın qonşusudur. Azərbaycanla Gürcüstan bütün sahələrdə, həm siyasi, həm də iqtisadi məsələlərdə strateji tərəfdaşdırlar. Azərbaycanın həyata keçirdiyi bütün qlobal layihələrdə Gürcüstan yaxından iştirak edir. Eyni zamanda, bu gün Gürcüstanda təqribən yarım milyon soydaşımız yaşayır. Bütün bunları nəzərə aldıqda bu ölkədə gedən proseslər bizim üçün də önəmlidir. Gürcüstanda sabitlik, iqtisadi inkişaf bizi də sevindirir”.

Deputat vurğulayıb ki, tarixən bir-birinə dost olan Azərbaycanla Gürcüstan arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi bütövlükdə region üçün önəmlidir: “Bu regionda Ermənistan işğalçılıq siyasəti aparır, terrora dəstək verir, təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və hər iki dövlətin birgə fəaliyyət göstərməsi region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də Gürcüstan Prezidentinin ölkəmizə səfəri çox vacibdir və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək”.

 

“Xalq qəzeti”

28 2019 15:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə