Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə “Böyüməyən uşaqlar” tamaşasının premyerası olub

Kiyevdə “Böyüməyən uşaqlar” tamaşasının premyerası olub

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

Ukraynanın “Çornıy kvadrat” teatrı tərəfindən səhnələşdirilən səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanıb. Tamaşanın nümayişindən öncə, UABD, BUAK, KAK-ın sədrləri Hikmət Cavadov, Rövşən Tağıyev, Oleq Krapivin, Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edərək Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması istiqamətində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirilib ki, tamaşa Xocalı soyqırımı barədə Ukrayna cəmiyyətində böyük təsəvvür yaradacağı  şübhəsizdir.

Tədbirdə  Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets çıxış edərək bu faciədən 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. Tamaşanın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirən pilot qeyd edib ki, layihənin Xocalı soyqırımını daha çox kütləyə çatdırılmasında böyük əhəmiyyəti var.

Daha sonra tamaşa nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımlarının insan düşüncəsində buraxdığı ağır izlər, bunun nəticəsində faciə görmüş insanların cəmiyyətə adaptasiya olunmasında yaratdığı çətinliklər təşkil edir.

Xatırladaq ki, layihənin rəhbəri Hikmət Cavadov, ideya müəllifi Murad Cəfərov, quruluşçu rejissoru Yuriy Klyatskin, rejissor Fuad Əliyev, ssenarisi Sergey Fedarçuk, bəstəkarı Türkər Qasımzadədir.

Qeyd edək ki, tamaşa Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2019 12:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə