• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova Respublikasının Prezidenti zati-aliləri cənab İqor Dodona

Moldova Respublikasının Prezidenti zati-aliləri cənab İqor Dodona

Hörmətli cənab Prezident!
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. 
Azərbaycan ilə Moldovanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli əlaqələrin və ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş səylərimizi bundan sonra da davam etdirəcəyik. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Moldova xalqına isə sülh və firavanlıq arzu edirəm. 
Hörmətlə,
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 avqust 2018-ci il

 

27 2018 11:30 - MƏKTUBLAR
MƏKTUBLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin