Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Ələkbərov: Erməni lobbisi Xocalı soyqırımını dünyanın diqqətindən yayındırmaq istəyir

Ceyhun Ələkbərov:  Erməni lobbisi Xocalı soyqırımını dünyanın diqqətindən yayındırmaq istəyir

Bu gün Azərbaycan dövlətinin qan yaddaşımızla bağlı günlərin təbliğinda fəaliyyəti misilsizdir. Elə buna görə də bir əsrdən çoxdur ki, xaricdə formalaşan erməni diasporu və lobbisi getdikcə ümumdünya xarakteri alan təbliğatımızdan çəkinərək, hər vəchlə bu soyqırımı arxa plana keçirmək, adi bir hadisə kimi qələmə vermək üçün hərəkətdədirlər. Bu fikirləri Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı Fəxi Konsulu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyyətinin üzvü Ceyhun Ələkbərov bildirib.

O deyib ki, ermənilər yaxşı bilirlər ki, hər ötən il  Xocalı haqqında insanların nəsə öyrənməsi onları dünyada rüsvay edir, Azərbaycana və Türkiyəyə qarşı qara-piyar təbliğatlarını heçə endirir.  Bu məsələdə xüsusilə, “Heydər Əliyev” Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri təqdir edirəm.  Mən də bir xocalılı olaraq o dəhşətli soyqırımın canlı şahidlərindənəm. Yaxın qohumlarımızın, doğmalarımızın bir çoxunu itirmişik. Lakin mən görürəm ki, dünyanın gözü qarşısında cəmi 27 il bundan əvvəl baş vermiş erməni faşizmini, ortada bu qədər sənədlər, video, foto faktlar ola-ola görməzlikdən gəlirlər. Dünyanın mötəbər kürsülərində əyləşən bir sıra dövlət rəhbərlərinin bu məsələdə susqunluğunun şahidiyik. Şübhəsiz ki, burada erməni lobbisinin, diasporunun  təsiri də böyükdür. Lakin biz sürəkli təbliğatımızla erməni lobbisinin fəaliyyətini iflic etməliyik.

Fəxri konsul bildirib ki, ermənilər Xocalı soyqırımını təbliğatımıza qarşı Sumqayıt hadisələrini qabardırlar.  Qondarma soyqırımı hadisələrini qabardaraq öz vandal hərəkətlərini ört-basdır etmək üçün dayanmadan çalışırlar. Biz də təbliğat məsələsində bir an belə dayanmamalıyıq. Çünki XX əsrin sonunda xalqımızın başına gətirilmiş ən dəhşətli faciədən, soyqırımından söhbət gedir.

“Baxmayaraq ki,  bizdən min kilometrlərlə uzaqdan olan bir ölkənin fəxri konsuluyam, xalqımızın məruz qaldığı bu qətliamı həmin yerdə insanların diqqətinə çatdırmaq üçün əlimdən gələni edirəm”.— deyə C. Ələkbərov sonda vurğulayıb.

 

Anar TURAN,
“Xalq qəzeti”

27 2019 18:02 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə