Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Azərbaycan – Gürcüstan münasibətlərinin bütün sahələrdə yaxşı perspektivi və gələcəyi var

Deputat: Azərbaycan – Gürcüstan münasibətlərinin bütün sahələrdə yaxşı perspektivi və gələcəyi var

Azərbaycan və Gürcüstan münasibətlərinin bütün sahələrdə yaxşı perspektivi və gələcəyi var. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin ilk xarici səfərlərindən birini ölkəmizə etməsi böyük əhəmiyyət daşıyır.

Gürcüstanda çox sayda azərbaycanlıların da yaşadığını xatırladan M.Qasımlının sözlərinə görə, ölkələrimiz qonşu olduğundan bizi çoxlu ortaq maraq və mənfəətlər birləşdirir: Azərbaycan ərazisi Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan ən əlverişli qapıdır. Azərbaycan dövlətinin müəllifi və təşəbbüskarı olduğu beynəlxalq layihələrdə Gürcüstanın iştirak etməsi qonşu ölkədə bir çox problemlərin həllinə kömək edib".

M.Qasımlı bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu gün də Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışan ölkələr və dairələr var, lakin iki qonşu xalq və dövlətin rəhbərləri onların pis niyyətlərini ürəyində qoyacaq: "Strateji tərəfdaşımız və qonşumuz olaraq Gürcüstanla münasibətlərin demək olar ki, bütün – diplomatik-siyasi, iqtisadiyyat, enerji, təhlükəsizlik, mədəniyyət, humanitar, informasiya, regional və s. sahələrdə böyük potensialı və perspektivləri mövcuddur. Münasibətlərimizin yaxşı gələcəyi var".

27 2019 17:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə