Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda "Xocalı Soyqırımı və erməni məsələsi" adlı konfrans

İstanbulda

İstanbulda ASEF (Əsassız Erməni İddiaları ilə Mübarizə Federasiyası) və Türkiyə Azərbaycan platformasının təşkil etdiyi "Xocalı soyqırımı və erməni məsələsi" adlı konfrans keçirilib.  Milli Məclisin deputatı Qənirə Paşayeva konfransda soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib, türk dünyasına, Azərbaycan və türk diaspor təşkilatlarına çağırış səsləndirib.

Azərbaycan - Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva çıxışında belə bir əminlik ifadə edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın da, düşmən tapdağında qalan digər bölgələrimizin də azad olunacağı gün tezliklə gələcək və biz o yerləri ziyarət edəcəyik.

Deputat Qarabağın qədim tarixindən də söz açıb və deyib: “Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir”.

O, türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Tədbirdə iştirak edən Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor dr. Kemal Çiçek, Giresun Universitetinin sabiq rektoru, Azərbaycan əsilli professor dr. Aygün Attar, Düzce Universitetindən dr. Gökmen Kılıçoğlu və digər ziyalılar Xocalı soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 17:02 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə