Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp və Kim Çen In dostlaşıblar

Donald Tramp və Kim Çen In dostlaşıblar

İnterfax informasiya agentliyi bildirir ki, Prezident Donald Tramp KXDR lideri Kim Çen Inı öz dostu adlandırıb və Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

ABŞ Prezidenti özünün “Twitter” səhifəsində yazıb: “Vyetnam çiçəklənir. Əgər Şimali Koreya nüvəsizləşdirmə prosesinə qərar versə o da beləcə inkişaf edəcək və bu, tezliklə baş tutacaq. KXDR nəhəng potensiala malikdir, bu, tarixdə indiyədək heç kimin əlinə düşməyən gözəl imkandır – bu, dostum Kim Çen In üçün şansdır”.

Hər iki prezident  ABŞ-KXDR sammitində iştirak etmək üçün dünən Vyetnamın paytaxtı Hanoya gəliblər.

Fevralın 27-nə nəzərdə tutulan 20 dəqiqəlik qısa “təkbətək formatda” görüşdən sonra nümayəndə heyətlərinin yüksək vəzifəli üzvləri üçün işgüzar nahar təşkil olunub. Danışıqlar bu gün davam etdirilib.

ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda keçirilib. Sammitdə Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

27 2019 15:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə