Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı Tatarıstanda anılıb

Xocalı soyqırımı Tatarıstanda anılıb

Tatarıstan Respublikasının Kazan şəhərində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilmişdir.

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf Kərimovun təşkil etdiyi mərasimdə öncə Azərbaycan Respublikasının himni səsləndirilmişdir.  Şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edildikdən sonra Sərraf Kərimov anım mərasimini açıq elan etmişdir.

Şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur. Tədbirdə Kazan şəhərində yaşayan azərbaycanlı ziyalılar, iş adamları ilə yanaşı tatar-rus mllətindən olan nümayəndələr də iştirak etmişlər. Mərasim iştirakçılarına Xocalı faciəsi ilə bağlı rus dilində videoçarx təqdim olunub. Faciə haqqında rus-tatar millətindən olan nümayəndələrə, iştirakçılara üç dildə geniş məlumatlar verilib. Qeyd edək ki, S. Kərimov həm də Tatarıstan Respublikasının Diaspora rəhbəridir. O, Xocalı faciəsi ilə bağlı fikirlərini bildirib: “Hər il fevral ayının 26-da Rusiya Federasiyasının Tatarıstan vilayətinin Kazan şəhərində bir çox millətlərin nümayəndələrinin iştirakı ilə “Xocalı günü”, “Xocalı faciəsi” adı altında tədbirlərimiz keçirilir. Bu il də adəti üzrə Kazan şəhərində “Rivyera” otelinin konfrans zalında müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə soyqırımı qurbanlarını yad etməyə toplaşmışıq. 

Düşünürəm ki, dövlətimizin istər daxili, istər xarici uğurlu siyasətində hər bir azərbaycanlı bacardığı mənəvi köməyini, dəstəyini ömrümüzün ağrılı günləri üçün verməlidir. Diaspora və lobbiçilik prinsipləri əsasında atdığımız hər addımımız Azərbaycan naminə olmalıdır. Əgər Cənab Ali Baş Komandanın əmri olarsa, biz hər birimiz o cəbhənin əsgəri olaraq torpaqlarımızın, vətənimizin azadlığı uğrunda döyüşməyə hazır olmalıyıq və hazırıq da. Bunlarla yanaşı biz həm də vətənimizin, xalqımızın, millətimizin haqqını ölkə hüdudlarından kənarda da qorumalı və təbliğ etməliyik. Gələcək nəsillərə ötürüləcək tariximizi olduğu kimi çatdırmaq üçün maariflənməyə və milli təbliğata geniş yer verilməlidir”.

Tədbirdə, həmçinin “Xocalının səsinə səs verək!” devizi altında geniş müzakirələr aparılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 14:26 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə