Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstiqlal Muzeyinin təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Xocalı dünyanın gözü ilə” adlı tədbir keçirilmişdir

İstiqlal Muzeyinin təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Xocalı dünyanın gözü ilə” adlı tədbir keçirilmişdir

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində Xocalı soyqırımına həsr olunmuş “Xocalı dünyanın gözü ilə” tədbir keçirilmişdir.

İlk olaraq faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. “Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.” – deyə qeyd edilmişdir.

Sərgidə İstiqlal Muzeyinin fondlarında saxlanılan Xocalı soyqırımını lentə almış fotomateriallar nümayiş etdirilmişdir.

Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvlərinin Xocalı soyqırımına həsr edilmiş bədii hissə nümayiş olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 13:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə