Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı qətliamı qardaş Türkiyənin Samsun şəhərində də anılıb

Xocalı qətliamı qardaş Türkiyənin Samsun şəhərində də anılıb

Qardaş Türkiyənin Qara dəniz sahilində yerləşən ən böyük liman şəhəri  Samsunun  On Doqquz  May Universitetində  Türkiyə Universitetləri arasında ilk olaraq  Xocalı  qətliyamımn 27-ci ildönümündə Xocalı Şəhidləri abidəsini  və parkının   açılış mərasimi keçirilib. Mühəndislik fakültəsi inşaat kafedrasının müdürü həmyerlimiz, professor Azər Qasımzadə çıxış edərək Azərbaycanın Xocalı soyqırımının  qardaş Türkiyədə də ortaq faciə kimi qəbul edildiyini vurğulayıb.

Yeni ünvandakı anım mərasimi barədə redaksiyamıza məlumat verən professor  bildirdi:

–1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin  Xankəndidəki nəzarətsiz qalmış 366-cı sovet motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin birbaşa iştirakı ilə Xocalı şəhərinin yerlə- yeksan edilməsi, dinc əhaliyə divan tutması tariximizin qanla yazılan səhifələrindən biridir.  Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir vaxtda qardaş ölkədə faciələrimizə də sayğılı münasibət daim  diqqət  mərkəzində olmuşdur.

Universitetdə çalışdığım illər ərzində  Xocalı şəhidlərinin yad edilməsi üçün Samsunda bir layihənin həyata keçirilməsi məni coxdan düşündürürdü.  Hətta bu barədə  Samsun-- Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində belə bir layihənin həyata vəsiqə alması üçün müzakirə keçirilmiş, tədbirlər planı  hazırlanmışdı. Nəhayət,  təklifimizin On doqquz  May Universitetinin rəhbərliyi tərəfdən rəqbətlə qarşılanması, park  salınması  və burada  Xocalı şəhidlərinə  abidə qoyulması üçün universitet rəhbərliyinin təklifimizi diqqətlə qarşılaması  və müvafiq yer ayrması  bizi çox sevindirdi.  Fervralın 26-da  Xocalı şəhidlərinin anım günündə parkın və abidənin təntənəli açılış mərasimini keçirdik, parkda yeni ağaclar əkdik. Sonra  mərasim universitetin  konfrans zalında davam etdirildi.

Müsahubimiz sonda dedi ki, tədbirdə On Doqquz  May Universitetinin rektoru, professor Mehmet Əli Çingiz, Azərbaycanın Ankaradakı səfirinin təhsil müşaviri Nəcibə Nəsibova, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı, həmyerlimiz Vəfa Qurban,  universitetin professor-müəllim heyəti,  Samsun-- Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvüləri iştirak ediblər.

 

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”

27 2019 13:31 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə