Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir

Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi və toplantı keçirilib. Tədbirdən öncə qonaqlar tələbələrin Xocalıya həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra faciə zamanı qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ATU-nun rektoru professor Gəray Gəraybəyli Xocalı faciəsini müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda yaşadığı ağır günlərdən biri kimi qiymətləndirib: “Bu hadisənin məqsədi Azərbaycan xalqının birliyini, iradəsini qırmaq, xüsusilə dinc əhalinin apardığı mübarizəni dayandırmaqdan ibarət idi. Yalnız böyük xalqlar belə ağır hücumdan sonra özünü bərpa edə bilir, düşmənə qalib gələ bilər. Buna görə də mən əminliklə deyə bilərəm ki, biz güclü millətik”. 

Xocalıda erməni vəhşiliyinin şahidi olan, qohumlarının əksəriyyəti bu faciənin qurbanı olmuş ATU-nun anatomiya və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev həmin gecə yaşadıqlarından danışıb. O, Xocalı sakinlərinin hadisələr zamanı cəsarət nümayiş etdirdiyini bildirib: “Ölümün gözünə dik baxa bilməyin özü hər kəsdən daxili bir güc, daxili bir cəsarət tələb edir. Xocalılar bu cəsarəti bacardılar. Öləndə də erməninin qarşısında diz çökmədilər, əyilmədilər, əqidələrindən dönmədilər”.

Tədbir iştirakçılarına Xocalıya həsr edilmiş video material da nümayiş etdirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 12:42 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə