Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib

Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Xocalıya həsr olunan rəsm əsərlərini  təqdim edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, rəsmlər Milli Azərbaycan Tarixi Muzeyinin Xocalı soyqrırımına həsr etdiyi “Xocalısız 27 il” adlı tədbiri çərçivəsində sərgilənib.

Sərgidə 11 müəllifin 16 rəsm əsəri təqdim olunub. Rəsmlərdə erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri soyqırımın dəhşətləri əks olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr etdirilən, mərkəzin 50-dən çox istedadlı yetirməsi olan gənclər və əsərləri barədə məlumatların da yer aldığı “Əlillik qüsur deyil” adlı kitab-albomu  muzeyə təqdim edilib.  Azərbaycan və ingilis dillərində çap olunan nəşrdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlardan, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin uğurlarından da bəhs olunur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 12:41 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə