Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhəmməd Buxari Nigeriyada prezident seçkilərində qalib gəlib

Məhəmməd Buxari Nigeriyada prezident seçkilərində qalib gəlib

Nigeriyanın hazırkı prezidenti Məhəmməd Buxari ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Nigeriyanın Seçki Komissiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: ""APC" partiyasından Məhəmməd Buxari qanunun tələblərini yerinə yetirərək və ən çox səs toplayaraq qalib elan edilir".

Qeyd edilir ki, M.Buxari 15 milyon səs toplayaraq ən yaxın izləyicisini 4 milyon səs qabaqlayıb.

Məhəmməd Buxari 1942-ci ildə Daura şəhərində doğulmuşdur. 1961-ci ildə Kadunda Kral hərbi kollecinə daxil olmuşdur. Bir il sonra Böyük Britaniyaya Alderşote kadet məktəbinə göndərilmişdir. 1963-cü ildə ölkəyə qayıdan kiçik leytenant Buxari taqım komandiri təyin edilmişdir. Bir müddət BMT “mavi dəbilqəlisi” kimi Konqoda xidmət etdikdən sonra təhsilini davam etdirmək üçün yenidən Böyük Britaniyaya getmişdir.

1983-cü ildə dövlət çevrilişindən sonra diviziya komandiri general-mayor Buxari dövlət başçısı olsa da, 1985-ci ildə yeni dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdır. Buxari 2015-ci və 2019-cu ildə yenidən prezident seçilmişdir.

 

“Xalq qəzeti”

27 2019 12:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə