Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhərrəm Quliyev: istər taksi sürücüsü olsun, istər idarə müdiri, o mənim üçün Ağstafa vətəndaşıdır

Məhərrəm Quliyev: istər taksi sürücüsü olsun, istər idarə müdiri, o mənim üçün Ağstafa vətəndaşıdır

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi Ağstafanın mərkəzində taksi sürücülərinin əhatəsində söhbət edərkən, onları bir-bir, həm də səbrlə dinləyərkən, düzü, çaşıb qaldım.

–İstər bazarda göyərti satan olsun, istər idarə müdiri işləsin, istərsə də taksi sürücüsü, dəxli yoxdur. Onların hamısı Ağstafa vətəndaşıdır,–deyə Məhərrəm Quliyev sanki təəccübləndiyimi hiss etdi. Hər birinin problemi, dərd-səri, təklifi, şikayəti ilə rayon icra hakimiyyətinin başçısı məşğul olmalıdır,–dedi. Əslində, bizim hər birimiz cənab Prezidentimizdən nümunə götürməliyik. Ölkə rəhbəri üçün Azərbaycan vətəndaşı birinci yerdə dayanır, nə edilir, onun üçün edilir.

Ağstafa şəhərində taksi xidməti göstərən sürücülərin dayanacaqla bağlı problemlərinin rayon rəhbəri tərəfindən onların iştirakı ilə, yerindəcə araşdırılması olduqca təqdirəlayiq haldır. Bu onu göstərir ki, Ağstafada məmur-vətəndaş münasibətlərində bir səmimiyyət var. Rayon rəhbərliyinin bu vacib məqamlara isti münasibəti mövcuddur.

Əlavə olaraq bildirək ki, Məhərrəm Quliyev şəhərin inzibati mərkəzində taksi xidməti göstərən fiziki şəxslərlə görüşüb. Görüş zamanı vətəndaşların təklif və müraciətlərini qəbul edən cra başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

27 2019 12:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə