Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Akif Əlizadə - 85” adlı kitab sərgisi

“Akif Əlizadə - 85” adlı kitab sərgisi

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun himayədarlar şurasının üzvü, Əməkdar elm xadimi, Azərbaycanın görkəmli geoloq alimi, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin anadan olmasının 85 illik yubileyi münasibətilə “Akif Əlizadə-85” adlı geniş tərtibatda kitab sərgisi açılmışdır.

Sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru, layihə rəhbəri, məsləhətçisi və təsisçisi olduğu, ön söz yazdığı, ayrı-ayrı müəlliflərin akademik haqqında yazdıqları kitablar, dövri mətbuat materialları nümayiş olunur.

 Sərgi bir həftə davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

26 2019 12:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə