Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb

Fransada “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı işıq üzü görüb

Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz“ nəşriyyat evində çap olunan “Azərbaycan ədəbiyyatıının antologiyası“ kitabının təqdimatı martın 23-də Strasburqun Nobel mükafatına layiq görülmüş əsərlərin təqdimatının baş tutduğu “Kleber“ kitab mağazasında keçirilib. “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı XIX əsrdən günümüzədək olan 28 yazıçının hekayəsindən ibarətdir.

“Kəpəz“ nəşriyyat evində digər azərbaycanlı yazıçıların əsərləri hazırda çapa hazırlanır. Yaxın zamanlarda Nəriman Nərimanovun “Bahadır və Sona“ kitabı ispan dilində, Çingiz Abdullayevin kitabı fransız dilində işıq üzü görəcək. Timuçin Hacıbəylinin atası Ceyhun Haclıbəyli haqqında yazdığı “Miqrantların həyatı“ kitabı martda hazır olacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 12:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə