Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tamaşaçılarına tanış olan fransız rəssam

Azərbaycan tamaşaçılarına tanış olan fransız rəssam

Azərbaycanlılara Renuar "Evləri köndələn yar" tamaşasındakı məşhur "Aktrisa Janna Samarinin portreti" və "Uzaq sahillərdə" filmində Mixayılo ilə Şultsun dialoqundan tanışdır.

Fransız rəssamı, heykəltəraş, impressionizmin banisi Pyer Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoj şəhərində anadan olub.

Gənclik illərində emalatxanasında farfor boşqab rəngləyən Renuar bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlayıb. Onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazım idı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başlayıb. Paralel olaraq o, öz əsərlərini də çəkirdi.

Onun "Çəpişlə rəqs edən Esmeralda" əsəri sərgidə böyük uğur qazanır. Bundan sonra o, çoxlu sayda möhtəşəm əsərlər yaradır.

Renuar 1919-cu ildə dünya mədəniyyəti xəzinəsinə minlərlə rəsm tablosu yadigar qoyaraq həyatla vidalaşır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2019 11:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə