Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Region hotelləri ilə əlaqə genişləndirilir

Region hotelləri ilə əlaqə genişləndirilir

Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq və gələcəkdəki fəaliyyətlərində region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılır. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri  fevralın 20-i Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən, 21 fevralda Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay rayonlarını əhatə edən, 23 fevralda Gəncəyə səfər edərək Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərlə, 24 fevral tarixində isə Lənkərana səfər edərək Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə Assosiasiyanın əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barəsində müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən Quba və Şəki üzrə Destinasiya Menecmenti Təşkilatlarının da təqdimatı keçirilib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 2019 15:45 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə