Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblilər Memorial Soyqırımı Muzeyində

Məktəblilər Memorial Soyqırımı Muzeyində

Abşeron rayonundakı Masazır kənd 5 nömrəli tam orta məktəbin şagirdləri tez-tez paytaxtda yerləşən  tariximizin, mədəniyyətimizin müəyyən dövrlərini “yaşadan” muzeylərə ekskursiyalar təşkil edirlər. Bu günlərdə məktəblilər, bir qrup müəllimlə birlikdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı məktəblilərə həmin muzey haqqında ətraflı məlumat verilib. Şagirdlər həmin faciəyə aid eksponatlarla tanış olublar. Onlar həmin eksponatların tarixi haqqında geniş məlumat əldə ediblər. Eksponatlardan təsirləndiklərini bildirən şagirdlər çox duyğulandıqlarını bildiriblər. Sonra kollektiv faciəyə həsr olunmuş film izləyiblər.

Məktəbin müəllim və şagird kollektivi  onlara bu şəraiti yaratdığına və şagirdlərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli məlumatlar verdiklərinə görə muzeyin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda kollektiv bu görüşün həyata keçirilməsinə şərait yaratdıgına görə Respublika Hərbi Prokurorluğunun rəhbərliyinə təşəkkür ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 2019 14:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə