Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Yaşıl kitab" ən yaxşı film nominasiyasında "Oskar"a layiq görülüb

"Yaşıl kitab" (Green Book) filmi ən yaxşı film nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilib.

Rejissoru Piter Farrelli olan filmdə caz pianoçusu Don Şirlinin, onun sürücüsü və mühafizəçisinin 1962-ci ildə ABŞ-da səyahətinin real tarixi haqqında bəhs edilir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin qeyd olunduğu "Yaşıl kitab" adlı kitabçadan istifadə edirlər.

 

"Xalq qəzeti"

25 2019 14:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə