Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan teatr tarixində yenilik

Azərbaycan teatr tarixində yenilik

Yaranmasıyla artıq hadisəyə çevrilən ƏSA Teatrı təsis olunduğu gündən indiyədək Azərbaycan mədəniyyətinin inkişafında, xüsusən də teatr səhnəmizin, tamaşaların modernləşməsində lokomotiv rolunu oynamaqda davam edir. Bu il fevralın 28-də Gənc Tamaşaçılar Teatrının səhnəsində ƏSA Teatrının repertuatından Con Steynbekin “Adamlar və siçanlar - 2” tamaşasını izləyənlər sözün yaxşı mənasında təəccübləndilər.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə Azərbaycan teatr tarixində bir ilkə imza ataraq, teatr tamaşasında film effektlərindən, kino montajı texnikasından (“flashbacklar”, xəyalı canlandırma və s.) istifadə etməklə səhnədə mümkünsüzü mümkün etdi.

Qəhrəmanın keçirdiyi hisslər, xəyali düşüncələri, etmək istədiyi və edə bilmədiyi, bir anın içində yalnız öz təsəvvürlərində canlandırdığı davranışları filmlərdə montaj vasitəsi ilə asanlıqla tamaşaçıya təqdim olunur. Lakin bütün bunları teatr səhnəsində yalnız aktyorların və işıq rəssamının gücünə reallaşdırmaq olduqca çətin və bu günədək baş tutmayan mədəni hadisə idi. Kino termini olan “flashback” və xəyali canlandırmalar üsulu rejissor Nihad Qulamzadənin quruluşunda Azərbaycan teatr səhnəsində öz bədii həllini tapdı.

Qeyd edək ki, ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatr ictimaiyyəti arasında novator rejissor kimi tanınır. Çünki, təkcə Azərbaycanda deyil, bütün dünyada ilk dəfə peşəkar və qeyri-peşəkar, fiziki məhdudiyyətli və fiziki məhdudiyyəti olmayan aktyor heyəti ilə hazırladığı tamaşa ötən ilin son premyerası kimi yadda qalıb. Xatırladaq ki, dekabrın 19-da Akademik Opera və Balet Teatrının səhnəsində baş tutan premyeraya Azərbaycan, ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya və Gürcüstandan olan rəsmi qonaqlarla yanşı, ölkə ictimaiyyətinin və mədəniyyətinin nümayəndələri baxıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 10:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə